Xəbərlər
Azərbaycan beynəlxalq əməkdaşlığa inteqrasiya edir
Azərbaycanın AQEM-ə növbəti iki ildə sədrlik etməsi onun beynəlxalq nüfuza malik olmasından xəbər verir.
Bu barədə Azərbaycanda səfərdə olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) icraçı direktoru, Qazaxıstanın dövlət xadimi Kayrat Sarıbay bu ölkənin Bakıdakı səfirliyində keçirilən brifinqdə deyib.
“Azərbaycan beynəlxalq əməkdaşlığa inteqrasiya edir. Zənnimcə sədrlik Azərbaycana müsbət məqamlar qazandıracaq. Çünki əsas strateji yollar Azərbaycandan keçəcək. Bu isə yeni işlərin meydana çıxması, iqtisadi inkişaf, təhlükəsizlik deməkdir. Bu, həm də regiona və dünya ölkələrinə humanitar töhfə verməkdir", - deyə Kayrat Sarıbay əlavə edib.
Təşkilatın icraçı direktoru vurğulayıb ki, Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi quruma daxil ölkələrin xarici işlər nazirlərinin görüşündən sonra reallaşacaq.