YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubada Heydər Əliyevin gənclər siyasəti ilə bağlı tədbir keçirilib

Aprelin 5-də Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının “Fətəlixan küçəsi, 4” (ADPU Quba filialı) ünvanı üzrə ərazi partiya təşkilatında “Ulu Öndər Heydər Əliyev və gənclər siyasəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub

YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, ADPU-nun Quba filialının direktoru Yusif Alıyev, “Fətəlixan küçəsi 4” küçəsi üzrə ərazi partiya təşkilatının sədri Zaur Muradov və ADPU-nun Quba filialının əməkdaşı Nəhayət Şirinova çıxış edərək Ulu Öndər Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlərindən bəhs ediblər.

Qeyd olunub ki, Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”, - söyləyən Ulu Öndər Heydər Əliyev ömrünü bütövlükdə doğma Azərbaycanımızın çiçəklənməsinə, mənsub olduğu xalqın inkişafına sərf edib, bütün varlığı ilə sevdiyi Vətənini, xalqını, onun dövlətçiliyini tarixin çox çətin sınaq və imtahanlarından böyük məharətlə çıxarıb. Çıxışlarda Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasətinin Azərbaycan gəncliyinin fiziki, mənəvi və intellektual inkişafını təmin etdiyi xüsusi vurğulanıb. Azərbaycanın hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğu diqqətə çatdırılıb. Natiqlər bildiriblər ki, Ümummilli Liderin uzaqgörən siyasəti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.  

Sonra partiya sıralarına yeni qoşulan müəllim və tələbələrə üzvlük vəsiqələri təqdim edilib. Partiya vəsiqəsi alanlar sırasında şəhid kapitan Aqil Məlikovun həyat yoldaşı Günel Məlikova da olub.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.