YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərəflər əlaqələrin inkişafında maraqlıdır

“Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana səfəri mühüm önəm kəsb edir. İlk dəfə olaraq bu səfərin baş tutması tarixi əhəmiyyətə malikdir. Səfər iki ölkə arasında əlaqələrin bundan sonrakı inkişafında təsirli rola malik olacaq. Prezident İlham Əliyevlə ikitərəfli və nümayəndə heyyətlərinin iştirakı ilə keçirilən görüşdə qarşıda duran məsələlər geniş müzakirə olunub. Azərbaycan Prezidenti İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında da olduqca önəmli məsələlərə toxunulub.” Bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Konqo Respublikasının Prezidenti Azərbaycanla Konqo arasında güclü dostluq əlaqələrinin yaranacağından bəhs edib: “İmzalanmış Əməkdaşlıq haqqında Bəyannamə münasibətlərin bundan sonrakı inkişafında vacib rola mlikdir. Bu sənəd əməkdaşlığın perspektivlərini müəyyən edəcək. Artıq iki ölkə arasında mühüm əməkdaşlıq istiqamətləri müəyyənləşib. Bu amil dövlətlərarası siyasi münasibətlərin bundan sonra uğurla inkişaf edəcəyinə zəmin yaradır. Prezident İlham Əliyev də çıxışında BMT və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanla Konqo arasında əməkdaşlıq əlaqələrinin inkişaf dinamikasından bəhs edib. İki ölkənin bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında fəaliyyətini davam etdirəcəyi qeyd olunub. Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqodan hər zaman dəstək görüb. Azərbaycanın təşəbbüslərinə Konqo hər zaman öz dəstəyini ifadə edib. Məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafı təmin olunub. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları yaradılıb.”

Deputat bildirib ki, ölkəmizin başçısı artıq Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilat kimi çıxış etdiyini diqqətə çatdırıb: “Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təsisatdır və 121 üzvü var. Təşkilatın dünya miqyasında rolunun artırılması ölkələrin ümumi marağına xidmət edir.” Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycanın prioritetləri içində neokolonializmə qarşı mübarizənin əsas yer tutduğunu söyləyib. Bu xüsusda Bakı Təşəbbüs Qrupunun dünya miqyasında gördüyü işlər diqqətlə izlənilir. Məhz bunun nəticəsidir ki, bu qurum böyük hörmətə malikdir. Beynəlxalq səviyyəli qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaqdır. Bütün bunlarla yanaşı Azərbaycanla Konqo arasında investisiya layihələri ilə bağlı prioritetlər müəyyənləşib. Kənd təsərrüfatı, bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün perspektivlər mövcuddur. Strateji əməkdaşlıq üçün də əsaslar var. Qarşılıqlı səfərlər bu istiqamətdə vacib rol oynayır.