Xəbərlər
“Gənclər ölkənin gələcəyidir”
Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı və Ağcabədi Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Gənclər ölkənin gələcəyidir” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, Ağcabədi Pedoqoji Kollecinin direktoru Bəxtiyar Əliyev və digərləri Ulu Öndər Heydər Əliyevin keçdiyi zəngin və şərəfli həyat yoluna nəzər salıb, Ümummilli Lider tərəfindən əsası qoyulan dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs ediblər. Natiqlər Prezident İlham Əliyevin Ulu Öndərin inkişaf strategiyası və siyasətini, o cümlədən gənclər siyasətini uğurla davam etdirdiyini vurğulayıblar.
Çıxışlarda Azərbaycanın hərtərəfli inkişafında gənclərin danılmaz rolu olduğu vurğulanıb, könüllülük fəaliyyətindən, Vətən müharibəsində gənclərin göstərdiyi qəhrəmanlıqlardan geniş bəhs olunub.
Sonda könüllülərə sertifikatlar təqdim edilib.