Xəbərlər
Azərbaycanda kompyuter və elektron avadanlıqların istehsalı 2 dəfə artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda kompyuter, elektron və elektrik avadanlığı istehsalının həcmi 91,9 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə kompyuter və digər elektron avadanlıqların istehsalı 1,9 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 38,7 faiz artıb.