YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Ağdam Rayon Heydər Əliyev Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, soyqırımı qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda 1918-ci ilin mart ayında yaranmış mürəkkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik dəstələrinin azərbaycanlı əhalini kütləvi qırğınlara, soyqırımına məruz qoyduğu qeyd olunub. Bu soyqırımı nəticəsində minlərlə günahsız insanın vəhşicəsinə qətlə yetirilməsindən, milli, mədəni, mənəvi irsimizin dağıdılmasından, talan edilməsindən bəhs olunub. Ermənilərin xalqımızın unutqan, ürəyiyumşaq olmasından istifadə edərək müxtəlif dövrlərdə dəfələrlə bu cür qətliamlar həyata keçirdiyi təəssüflə qeyd edilib, tarixin bu ağır dərslərindən nəticə çıxarılmasının vacibliyi vurğulanıb.