Xəbərlər
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir
Martın 28-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Mehmandarov 86 ünvanı üzrə ərazi partiya təşkilatında partiya üzvləri ilə növbəti görüş keçirilib.
Yığıncaqda çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Azərbaycanın bugünkü uğurlarından, ölkənin-ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzundan geniş bəhs edib. Diqqəti bu ilin 7 fevral tarixində keçirilən növbədənkənar prezident seçkilərinə yönəldən Vüqar Rəhimzadə bildirib ki, Yeni Azərbaycan Partiyasının Prezdientliyə namizədi cənab İlham Əliyevin inamlı qələbəsi son 20 ildə görülən işlərə, qazanılan uğurlara verilən yüksək dəyərin, eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi Yeni Azərbaycan Partiyasına inamın ifadəsidir. Ölkəmiz möhkəm təməl üzərində inamla irəliləyir, ən yüksək zirvələri fəth edir. Bu gün qalib Azərbaycana hansı sahədən baxsaq böyük inkişafın şahidi olarıq. Ölkəmizin dünyaya təqdim etdiyi təkmil inkişaf modeli düşünülmüş və gələcəyə hesablanmış siyasətin təqdimatıdır.
YAP Xətai rayon təşkilatının sədri tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasının yaratdığı reallıqlar fonunda öz daxili imkanlarımız hesabına işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-qurculuq işlərindən, Prezident İlham Əliyevin dördüncü dəfə Novruz tonqalını Qarabağ torpağında alovlandırmasından böyük qürur hissi ilə bəhs edib. Bu reallıqlar ölkədə yeni dövrün əsası oldu. Bu gün qalib Azərbaycan yeni dövrün qarşıya qoyduğu hədəflərə doğru inamla addımlayır. Yenilik, təkmilləşmə bütün sahələrdə uğurla həyata keçirilir. Cəmiyyətin avanqard qüvvəsi olaraq Yeni Azərbaycan Partiyasının da qarşısında mühüm vəzifələr dayanır. Bu gün hər bir rayon təşkilatı bu vəzifələrin uğurlu icrasına öz töhfələrini vermək üçün səylərini daha da artırır.
Sonra təşkilatı məsələlərə baxılıb. Səbinə Əliyeva YAP Xətai rayon təşkilatının Mehmandarov 86 ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Sevinc Orucova isə sədr müavini seçiliblər.