YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birlikdə daha böyük uğurlar qazanacağıq

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar. Müstəqilliklərini bərpa etdikdən sonra Azərbaycan və Gürcüstan dövlətləri bir birinə dəstək göstərirlər. İki dövlət arasında dostluğun təməli Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Gürcüstanın böyük oğlu Eduard Şevardnadze tərəfindən qoyulmuşdur. Bu gün də bu dostluq əlaqələri davam etdirilir. Prezident İlham Əliyev və Gürcüstanın hökümət başçıları mütəmadi olaraq Azərbaycan və Gürcüstana qarşılıqlı səfərlər etmiş və ölkələr arasında siyasi və iqtisadi sahələri əhatə edən çox sayda sənəd imzalamışdır.

Martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Baş nazir seçildikdən qısa müddət sonra Azərbaycana səfər etməsi dostluq münasibətlərinin nümunəsidir. Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri ilə əlaqədar mətbuata bəyanatla çıxış etdi.

Bakı-Tbilisi-Qars dəmir yol xətti Şərqlə Qərbi birləşdirən ən səmərəli nəqliyyat marşrutudur. Dəmir yolunun yükgötürmə qabiliyyəti bir milyon tondan beş milyon tona çatdırılması nəzərdə tutulub. Ümumiyyətlə Azərbaycan və Gürcüstanın birgə reallaşdırdıqları iqtisadi layihələr bölgə dövlətləri ilə yanaşı Avrasiya üçün də çox əhəmiyyət kəsb edir. Artıq 3 ildən artıqdır ki, Azərbaycan qazı Gürcüstandan keçməklə Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya ixrac edilir. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 8 dövlətə qaz ixrac edir, yaxın vaxtlarda bu dövlətlərin sayı artacaq. Bunun üçün Azərbaycan dövlətinin kifayət qədər resursları var. Gürcüstanın geniş tranzit imkanları sayəsində və iki dövlət arasında mövcud dostluq münasibətləri bu cür layihələrin genişləndirilməsinə böyük zəmin yaradır.

Azərbaycanda yaşıl enerji istehsalı sahəsində böyük işlər icra olunub və bu istiqamətdə işlər davam etdirilir. Yaxın gələcəkdə Azərbaycanda istehsal olunacaq yaşıl enerji Gürcüstan ərazisindən keçməklə Qara dənizin dibi ilə çəkilən kabel vasitəsilə Avropaya nəql olunacaq.

Siyasi sahədə də Azərbaycan və Gürcüstan arasında çox möhkəm dostluq əlaqələri mövcuddur. Azərbaycan və Gürcüstan bir birinin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığını dəstəkləyən bəyanatlarla çıxış edir, beynəlxalq təşkilatlarda həmrəylik nümayiş etdirirlər.

Azərbaycan və Gürcüstan rəhbərlərinin dostluq münasibətləri iki dövlətin və xalqların da dostluq, qardaşlıq münasibətində olmalarına böyük töhfə verir. Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzinin dostluq münasibətləri Azərbaycan və Gürcüstan dövlətlərinin qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcək. Azərbaycan və Gürcüstan birlikdə daha böyük uğurlar qazanacaq.