Xəbərlər
Ağacan Abiyev: İnanırıq ki, idmançılarımız XXXI Yay Olimpiya Oyunlarında da Azərbaycanın adını zirvələrə yüksəldəcəklər
«Azərbaycan idman sahəsində uğurlarını ildən ilə artırır». Bu fikri Dövlət İdman və Bədən Tərbiyəsi Akademiyasının rektoru, Milli Məclisin deputatı Ağacan Abiyev deyib.
A.Abiyev bildirib ki, Azərbaycan artıq dünyada nüfuzlu idman ölkəsi kimi tanınır. Onun sözlərinə görə, ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması və keçirilməsi bu faktı bir daha təsdiqləyir.
«Azərbaycan idmançıları da beynəlxalq yarışlarda uğurlarını artırmaqdadır. Bu proses yüksələn xətlə gedir. Gələn il Braziliyada XXXI Yay Olimpiya Oyunları keçiriləcək. Bu Olimpiya Oyunlarına hazırlıqla bağlı dövlət başçısı müvafiq sərəncam imzalayıb. İnanırıq ki, idmançılarımız bu yarışda da Azərbaycanın adını zirvələrə qaldıracaqlar. Əvvəlki təcrübəyə nəzər salsaq deyə bilərik ki, Olimpiya Oyunlarında idmançılarımız ardıcıllıqla medalların sayını artırıblar. Dövlət başçısının imzaladığı sərəncamda da qeyd olunur ki, son Yay Olimpiya Oyunlarında on medala layiq görülməyimiz olimpiya idman növlərində yüksək potensiala malik olduğumuzu göstərir. Ümumiyyətlə, bu sərəncam dövlətin idman sahəsində xüsusi diqqətinin təzahürüdür. Hesab edirəm ki, idmançılarımız bu mötəbər idman yarışında da dövlətimizin etimadını doğruldacaqlar»- deyə, A.Abiyev vurğulayacaq.