YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Altı ayda “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 26,3 milyon ton yük daşınıb

Yanvar-iyun aylarında “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 26,3 milyon ton yük, 161,1 milyon nəfər və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, dəhlizdə daşınmış yüklərin 56,3 faizi avtomobil, 30,7 faizi dəmir yolu, 13 faizi dəniz nəqliyyatının payına düşüb və avtomobil nəqliyyatında 5,7 faiz artım qeydə alınıb. Daşınmış yüklərin 19,4 faizini və ya 5,1 milyon tonunu tranzit yüklər təşkil edib.

Yük daşımaları fəaliyyətindən 259,5 milyon manat, sərnişin daşınmasından isə 59,9 milyon manat gəlir əldə olunub və müvafiq olaraq 7 faiz və 14,4 faiz artım qeydə alınıb.

 

DİGƏR Xəbərlər Arxiv