Xəbərlər
Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri payızda görüşəcəklər
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işləri nazirlərinin növbəti görüşü bu ilin noyabrında keçiriləcək. Bunu jurnalistlərə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib. /Trend/
Onun sözlərinə görə, görüşdə regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Qeyd edək ki, tərəflərin ilk üçtərəfli görüşü 2012-ci ilin iyununda Türkiyənin Trabzon şəhərində keçirilib. İndiyədək bu formatda 4 görüş baş tutub.