YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Mərkəzi Aparatında partiyanın Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev ilə görüş keçirilib

Fevralın 15-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyevin anadan olmasının 65-ci ildönümü münasibətilə görüş keçirilib.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Muxtar Nağıyevi doğum günü münasibətilə təbrik edərək ona möhkəm cansağlığı və ictimai-siyasi fəaliyyətində uğurlar arzulayıb.

Tahir Budaqov bildirib ki, partiya həyatında uzun illər səmərəli fəaliyyət göstərən Muxtar Nağıyev hər zaman fəal mövqeyi ilə seçilib. O diqqətə çatdırıb ki, Muxtar Nağıyev Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü və sədr müavini kimi öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Hazırda isə YAP Səbail rayon təşkilatının sədri kimi fəaliyyətini müvəffəqiyyətlə davam etdirir: “Sizin fəaliyyətiniz hər zaman yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 noyabr tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilməyiniz əməyinizə verilən yüksək dəyərin bariz nümunəsidir”.

Göstərilən diqqətə və ünvanına söylənilən xoş sözlərə görə təşəkkürünü bildirən Muxtar Nağıyev Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmaqdan qürur duyduğunu bildirib. O, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri  İlham Əliyevin liderliyi ilə ölkəmizin, o cümlədən YAP-ın böyük nailiyyətlərə imza atdığını vurğulayaraq “Şübhə yoxdur ki, cənab İlham Əliyevin Heydər Əliyev ideyalarına əsaslanan məqsədyönlü siyasəti Zəfər seçkisindən sonra - yeni dövrdə də həm ölkəmizə, həm də partiyamıza böyük uğurlar qazandıracaq”,- deyə vurğulayıb. M.Nağıyev bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səy və bacarığını əsirgəməyəcəyini diqqətə çatdırıb.