Xəbərlər
Malayziyalı müşahidəçi: Seçkilər şəffaf şəkildə və beynəlxalq standartlara uyğun davam edir
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində ölkəmizi təmsil etmək bizim üçün böyük şərəfdir.
Bunu beynəlxalq müşahidəçi, Malayziya Senatı sədrinin müavini Nur Cazlan Muhamed deyib.
“Bakıda fəaliyyət göstərən 5, şəhərdən kənarda isə 1 seçki məntəqəsində olmuşuq. Qeyd etmək istərdim ki, seçkilər şəffaf şəkildə və bütün beynəlxalq standartlara uyğun davam edir”, - deyə o qeyd edib.
Bütün Azərbaycan xalqına və dövlətinə gələcək işlərində uğurlar arzulayan Nur Cazlan Muhamed ümid etdiyini bildirib ki, Azərbaycanın və Malayziyanın iqtisadi, beynəlxalq əlaqələri bundan sonra da güclü və daimi olacaq”.