YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xaricdə səsverən azərbaycanlılar: Şanlı tarix yaşayaraq Zəfər seçkilərində iştirak edirik

Fevralın 7-də Azərbaycanda keçirilən prezident seçkiləri  ilə əlaqədar Ukraynanın Lvov şəhərindən paytaxt Kiyevə səsverməyə gələn seçici Şəhriyar Məhərrəmov təəssüratlarını belə ifadə edib: “Azərbaycanın şanlı tarixini yaşayaraq Zəfər seçkilərində iştirak edirik. Azərbaycanın işğaldan azad olunan ərazilərində ilk dəfədir səsvermə keçirilir”. “Ukraynada yaşayan Azərbaycan vətəndaşları da bu seçkilərdə iştirakı özlərinə borc bilirlər. Lvov şəhərindən olan bir çox gəncimiz seçkilərdə iştirak edir. İnanıram ki, bundan sonra da Azərbaycan bir çox qələbələrin şahidi olacaq”, - deyə Şəhriyar Məhərrəmov bildirib.

Kiyevdə səs verən seçici Kamran İsmayılov  isə Zəfər seçkilərinin ona yaşatdığı qürurdan bəhs edib: “Bu gün Kiyevə raket hücumları olmasına baxmayaraq, Zəfər seçkilərində qürurla iştirak edirik. Zəfər seçkiləri əvvəlkilərdən fərqlənir, səsvermə Azərbaycanın bütün ərazisində keçirilir. Ukraynada yaşayan Azərbaycan vətəndaşları da səsvermədə iştirak etməyi özlərinə borc bilirlər. Mən də öz ailəmlə gələrək səs verdim. Azərbaycanda bütün sahələrdə quruculuq, inkişaf, islahat, yüksəliş müşahidə olunmaqdadır. Əminəm ki, Ukraynada yaşayan Azərbaycan vətəndaşları da seçkilərdə fəal iştirak edəcəklər”.

Prezident seçkiləri ilə əlaqədar ölkəmizin Gürcüstandakı səfirliyində də yaradılmış seçki məntəqəsində səsvermə davam edir. Gürcüstanda müvəqqəti yaşayan, işləyən və təhsil alan Azərbaycan vətəndaşları səsvermədə fəal iştirak edirlər. Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev məlumat verib ki, saat 12:00-dək seçicilərin 32 faizi artıq səs verib. Həmin seçicilərin 66-sı ilk dəfədir səs verir. Daha 6 vətəndaşın 18 yaşı yeni tamam olub, bir seçicinin isə 85 yaşı var.

Səfir bildirib ki, əlverişsiz hava şəraitinə baxmayaraq, paytaxt Tbilisi ilə yanaşı, Gürcüstanın Axalkələki, Saqareco, Kaspi və digər bölgələrində işləyən, müvəqqəti ezamiyyədə olan və təhsil alan Azərbaycan vətəndaşları səsvermədə fəal iştirak ediblər. Tbilisi vaxtı ilə saat 19:00-da başa çatacaq səsvermədə ümumilikdə mindən çox vətəndaşımızın iştirakı gözlənilir.