Xəbərlər
Xocalılar inkişafı seçəcək

Goranboy rayonunda Xocalıdan olan seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Goranboy rayonunda Xocalı rayon Mədəniyyət Evində Xocalıdan olan qadın seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, təşviqat qurupunun üzvləri Aqil Məmmədov, İlahə Kərimova, Şahnaz Əliyeva çıxış ediblər.
Çıxışlarda bildirilib ki, ötən 20 ildə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev ölkəmizdə hərtərəfli dinamik inkişafı təmin edərək qüdrətli Ordu formalaşdırdı və xalqımıza Zəfər sevincini bəxş etdi.
Əminliklə qeyd olunub ki, qədirbilən xalqımız hər zaman olduğu kimi, seçkilərdə yüksək fəallıqla iştirak edəcək, bu dəfə də dövlətçiliyimizi, birliyimizi, inkişafımızı seçəcəklər.