Xəbərlər
Azay Quliyev: Azərbaycan ATƏT çərçivəsində gedən proseslərdə aktiv rol oynayır
«ATƏT PA-nın illik sessiyasının Azərbaycanda keçirilməsi böyük siyasi hadisədir. ATƏT-ə qoşulduğumuz son 22 ildən bu yana ilk dəfədir ki, Azərbaycan ATƏT PA-nın illik sessiyasına ev sahibliyi edəcək». Bu fikirləri Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Azay Quliyev deyib.
A.Quliyev bildirib ki, bu fakt Azərbaycanın artıq beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in etibar etdiyi ölkə olmasının göstəricisidir. Onun sözlərinə görə, Azərbaycan müharibə şəraitində olmasına baxmayaraq, ölkəmizdəki inkişaf, sabitlik, tolerantlıq mövcuddur.
«Bu da ATƏT PA-ya imkan verir ki, tərəddüd etmədən özünün illik sessiyasını Azərbaycanda keçirsin. Eyni zamanda, Azərbaycan ATƏT çərçivəsində gedən proseslərdə aktiv rol oynayır»- deyə, A.Quliyev qeyd edib.