YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirinin müavini Əli Əhmədov Türkmənistanın ölkəmizdəki səfiri Toyli Komekov ilə görüşüb

Avqustun 3-də Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Türkmənistanın ölkəmizdəki səfiri Toyli Komekov ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan-Türkmənistan əlaqələrinin yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayan T.Komekov qeyd edib ki, ümumi köklərə və tarixi bağlılığa malik Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi hər iki xalq arasında mövcud dostluq ənənələrinin müasir dövrdə mühüm mərhələyə qədəm qoyduğunu göstərir. Səfir bu münasibətlərin gələcəkdə daha intensiv inkişaf edəcəyinə əminliyini bildirib.

Türkmənistan iri karbohidrogen ehtiyatlarına, enerji və nəqliyyat-kommunikasıya potensialına malik ölkə kimi mühüm əhəmiyyətini qeyd edən Baş nazirin müavini həyata keçirilən birgə iqtisadi layihələrin ümumən regionun inkişafına xidmət etdiyini diqqətə çatdırıb. Əli Əhmədov qlobal beynəlxalq məsələlərdə ölkələrimizin ümumi mövqedən çıxış etməsinin də xalqlarımızın mənafeyinə uyğun olduğunu vurğulayıb.

Görüşdə səhiyyə, sosial müdafiə və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

DİGƏR Xəbərlər Arxiv