Xəbərlər
Böyük rəğbət, sonsuz inam...
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də İmişli rayonunun Aranlı və Hacırüstəmli kənd seçiciləri ilə görüşlər keçirilib.
Görüşdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, təşviqat qrupunun üzvləri Saleh Səmədov, Cəlil Əliyev, Çərkəz Yahyayev, Səbuhi Mürsəliyev və Bakir Əliyev çıxış ediblər. Çıxışçılarda ilk dəfə bütün Azərbaycan ərazisini əhatə edəcək Zəfər seçkilərinin qalibinin cənab İlham Əliyev olacağına əminlik ifadə olunub.
Qeyd edək ki, həmin gün seçicilərlə fərdi görüşlər də keçirib.