Xəbərlər
Balakən rayonunda seçicilərlə növbəti görüş…
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Balakən rayonunun Şərif kəndində seçicilərlə növbəti görüş keçirilib.
Görüşdə YAP Balakən rayon təşkilatının sədri Azad Balayev, təşviqat qrupunun üzvləri Ramazan Xutrayev, Osman Əliyev, Fuad Mikayılov və digərləri çıxış ediblər. Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın Qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər isə fevralın 7-də xalqımıza Zəfər bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini qeyd ediblər.