Xəbərlər
Ən layiqli namizədə səs verək!
Astara rayonunda seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Astara rayonunun Kijəbə qəsəbəsində seçicilərlə görüş keçirilib.
Görüşdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov, təşviqat qrupunun üzvləri Elnur Rüstəmov, Natiq İbadov, Muxtar Şiriyev, Təbrizə Rəsulova, Azər Kişiyev və Əbülfət Əliyev çıxış ediblər. Bildirilib ki, son 20 il ərzində dövlətimiz böyük və şərəfli yol keçib. Azərbaycan 2003-2023-ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi nailiyyətlər qazanıb. Natiqlər ölkəmizin gələcək inkişafı, insanlarımızın rifahının daha da yaxşılaşması, dövlətimizin güc və qüdrətinin artırılması məqsədilə seçiciləri ən layiqli namizədə - cənab İlham Əliyevə səs verməyə çağırıblar.