Xəbərlər
İlhamla daha böyük hədəflərə doğru!
Ağsuda seçicilərlə görüşlər davam edir
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Ağsu rayonu Ərəbmehdibəy və Xəlilli kəndlərində seçicilərlə görüşlər keçirilib.
Görüşlərdə YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev, təşviqat qrupunun üzvləri Camaləddin Zeynalov, Əmrulla Kərimov, Elnur Fərzəlizadə çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunandan sonra ölkəmiz yeni tarixi mərhələyə qədəm qoyub. Azərbaycan xalqı fevral ayının 7-də keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə səs verməklə daha böyük hədəflərə doğru inamla addımlayacaq.
Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüşlər zamanı çıxış edən seçicilər yekdilliklə fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.