Xəbərlər
Yeni reallıqlara doğru
Tovuz rayonunda seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Tovuz rayonunun Böyük Qışlaq, Göyəbaxan, Əlimərdanlı və Hunanlar kəndlərində seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, təşviqat qrupunun üzvləri İlqar Kərimov, Məzahir Bayramov, İslam Quliyev, Elman Bayramov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması müasir tariximizin yeni dövrü hesab edilir. Yeni dövrün qarşıya qoyduğu mühüm hədəflər var. Bu hədəflərə yalnız qalib xalqın qalib Lideri olan cənab İlham Əliyevin liderliyi ilə çatmaq mümkündür.
Görüş zamanı çıxış edən seçicilər xalqa tarixi Zəfər qazandıran qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.