YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Gənclər qələbələrə imza atan Liderə səs verəcək!”

Nərimanov rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da YAP Nərimanov rayon təşkilatında gənc seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Milli Məclisin deputatı, YAP İdarə heyətinin üzvü Hikmət Məmmədov, təşviqat qrupunun üzvləri Ələddin Əliyev, Tamerlan Əkbərov və digərləri çıxış ediblər.

Natiqlər bildiriblər ki, Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Bir sözlə, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illərdə vətənpərvər, gənc nəsil yetişib. Məhz bu gənclik öz qalib Liderinə səs verərək gələcək inkişafa, davamlı rifaha dəstək olacaq.

Sonda bildirilib ki, Azərbaycan gəncliyi 7 fevral tarixində bugünkü və gələcək Qələbələrə imza atacaq tək Liderə səs verəcək!

Qeyd edək ki, təşviqat qrupunun üzvləri Nərimanov rayonu ərazisində seçicilərlə fərdi görüşlər keçiriblər.

DİGƏR Xəbərlər Arxiv