Xəbərlər
Böyük Qayıdışın müəllifi
Ağdam rayonunun Əhmədağalı, Çıraqlı və Mirəşelli kəndindən olan seçicilərlə növbəti görüşü keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Ağdam rayonunun Əhmədağalı, Çıraqlı və Mirəşelli kəndindən olan seçicilərlə növbəti görüşü keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Ağdam rayon təşkilatının sədr müavini İntiqam Quliyev, təşviqat qrupunun üzvləri Natiq Cavadov və qazi Elşən Zeynalov çıxış ediblər. Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüş zamanı çıxış edən seçicilər fevarlın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan, Böyük Qayıdışın müəllifi İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.