YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Göyçaylılar daha güclü Azərbaycan naminə İlham Əliyevə səs verəcək”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Göyçay rayonunun Çərəcə, Çərəkə, Qarabağlar və Şəhadət  kəndlərində yaşayan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, şəhid atası Akif Kərimov, təşviqat qrupunun üzvləri Namət Şirinov, Xəlil Orucov çıxış ediblər. Çıxışlarda bildirilib ki,  Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edib. Diqqətə çatdırılıb ki,  ərazi bütövlüyümüzün bərpa olunması isə dövlət başçısının siyasətinin zirvəsidir.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Öz növbəsində çıxış edən seçicilər artıq seçimlərini etdiklərini, fevralın 7-də seçki məntəqələrinə gedərək cənab İlham Əliyevi səs verəcəklərini bəyan ediblər.