Xəbərlər
Azərbaycanın gələcəyinə səs verək
Tovuz rayonunda seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Tovuz rayonunun Çatax, Xatınlı və Qaraxanlı kəndlərində seçicilərlə görüş keçirilib.
Görüşdə təşviqat qrupunun üzvləri İlqar Kərimov, Məzahir Bayramov, Mayıl Hümmətov, Nəriman Şirinov çıxış ediblər.
Natiqlər son 20 ilin Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olduğunu, gələcək inkişaf konsepsiyasının uğurla icrası üçün növbəti dövrdə də cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etməsinin olduqca zəruri olduğunu bildiriblər.
Təşviqat qrupunun üzvləri seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər də öz növbəsində fevralın 7-də seçki məntəqələrinə gedərək dövlətimizin parlaq gələcəyinə, inkişafına, əmin-amanlığa, yeni zəfərlərə səs verəcəklərini diqqətə çatdırıblar.