YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın qəhrəman oğlu!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də Binəqədi rayonunun Biləcəri və  Xocəsən qəsəbələrində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatı Kamaləddin Qafarov, təşviqat qrupunun üzvləri Fikrət Əliyev, Bəhram Şiriyev, qazi Zakif Abbasov çıxış ediblər. Çıxışlarda bildirilib ki, Azərbaycan son 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar əldə edib. Həyata keçirilən iqtisadi, siyasi, sosial islahatların uğurlu nəticələri olaraq dövlətimizin qüdrəti daha da artıb. Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı qələbə ilə tarixi torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz tam bərpa edilib.

Natiqlər çıxışlarında bütün seçiciləri seçkilərdə bu uğurların davamına- cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər bildiriblər ki, fevralın 7-də keçiriləcək seçkilərdə xalqımızın qəhrəman oğlu, qalib Lider İlham Əliyevə səs verəcəklər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov seçicilərlə məhəlli görüşlər keçirib.

DİGƏR Xəbərlər Arxiv