Xəbərlər
Qələbələrə davam
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də Yasamal rayonunda müxtəlif ünvanlarda yaşayan seçicilərlə fərdi görüşlər keçirilib.
Təşviqat qrupunun üzvləri cənab İlham Əliyevin ərazi bütövlüyümüzü və suverenliyimizi tam təmin etməklə xalqımızın ən böyük arzusunu yerinə yetirdiyini deyib, seçiciləri xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandana səs verməyə dəvət ediblər.
Seçicilər də öz növbəsində fevralın 7-də ölkənin tərəqqisi naminə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.