YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yüksək rifah naminə

Zərdab rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də Zərdab rayonunun Kəndəbil və Dəkkəoba kəndlərində, həmçinin şəhər ərazisində seçicilərlə görüş keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan görüşlərdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, təşviqat qrupunun üzvləri Ələkbər Kərimov, Dəyanət Mehrəliyev, Zemfira Eyvazova, Gülnaz Məmmədova və Mübariz Umarov çıxış ediblər.

Çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti nəticəsində beynəlxalq arenada ölkəmizə maraq artır, dostlarımızın və tərəfdaşlarımızın sayı getdikcə çoxalır: “Azərbaycan Prezidenti dünya siyasətində öz qətiyyəti, prinsipiallığı, praqmatikliyi və uzaqgörənliyi ilə böyük nüfuz qazanıb. Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilir”.

Diqqətə çatdırılıb ki, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanda ilk dəfə olaraq bütün şəhər və rayonlarda seçkilər keçiriləcək. Natiqlər əminliklə qeyd ediblər ki, budəfəki seçkilərdə də Azərbaycan xalqı qalib Liderə etimad göstərəcək, Azərbaycanın işıqlı gələcəyinə səs verəcək.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində Zərdab rayonunun Kəndəbil kəndindən olan şəhid Fərid Rüstəmovun ailəsi də ziyarət olunub.

DİGƏR Xəbərlər Arxiv