Xəbərlər
Daha böyük qələbələr naminə!
Oğuzluların yeganə seçimi cənab İlham Əliyevdir
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də Oğuz rayonunun Padar, Yemişanlı və Dəymədərə kənd seçiciləri ilə görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, təşviqat qrupunun üzvləri Anar Hüseynov, Aynurə Səfərova, Ceyhun Məcidov, Samirə Adıgözəlova çıxış ediblər. Natiqlər seçiciləri daha böyük qələbələr naminə Qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər isə qeyd ediblər ki, fevralın 7-də xoşbəxt gələcəyimizin təminatçısı cənab İlham Əliyevə səs verəcəklər.
Görüş Yeni Azərbaycan Partiyası Himninin sədaları altında yüksək əhval-ruhiyyədə başa çatıb.
Bundan əlavə, Padar kəndində fərdi görüşlər də keçirilib.