Xəbərlər
Xoşbəxt gələcəyimizin təminatçısı
Pirallahıda seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də Pirallahı rayonunda seçicilərlə fərdi görüşlər keçirilib, “qapıdan-qapıya” kampaniya çərçivəsində seçicilərlə səmimi söhbətlər aparılıb.
Təşviqat qrupunun üzvləri seçiciləri 7 fevral prezident seçkilərində fəal olmağa və xoşbəxt gələcəyimizin təminatçısı cənab İlham Əliyevə səs verməyə çağırıblar.