Xəbərlər
Xalq bu dəfə də doğru seçim edəcək!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də Kəngərli rayonunun Böyükdüz, Qabıllı, Xok, Şahtaxtı, Qarabağlar, Xıncab, Yurdçu kəndləri və Qıvraq qəsəbəsində yaşayan seçicilərlə fərdi görüşlər keçirilib.
Görüşlərdə çıxış edən təşviqat qrupunun üzvləri bildiriblər ki, “Zəfər seçkisi” Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Prezident İlham Əliyev bu günə qədər verdiyi hər bir vədi uğurla həyata keçirib. Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycanın hərtərəfli inkişaf etdiyi xüsusi vurğulanıb.
Təşviqat qrupunun üzvləri seçiciləri 7 fevral prezident seçkilərində fəal olmağa və xoşbəxt gələcəyimizin təminatçısı cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.