YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

7 fevral müstəqillik tariximiz üçün əlamətdar bir gündür

Oğuz rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Oğuz rayonunda seçicilərlə görüş keçirilib.

Əvvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Oğuz rayon təşkilatının sədri  Saleh Məhərrəmov, təşviqat qrupunun üzvləri Mehriban Abbasova, Anar Hüseynov, Nəzakət Qasımova, Mirməhəmməd Maliyev, Arizə Xuduyeva və Esmira Rəhimova çıxış ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 20 il Azərbaycan tarixinə sürətli inkişaf dövrü kimi daxil olub. Vurğulanıb ki, məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad edib.

Seçicilər isə qeyd ediblər ki, fevralın 7-də xoşbəxt gələcəyimizin təminatçısı cənab İlham Əliyevə səs verəcəklər.

Görüş Yeni Azərbaycan Partiyası Himninin sədaları ilə yüksək əhval-ruhiyyədə başa çatıb.

Kampaniya çərçivəsində Oğuz şəhəri Ə.Əbdürrəhimov küçəsində və Xaçmaz kəndində seçicilərlə məhəlli görüşlər keçirilib.

DİGƏR Xəbərlər Arxiv