YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Qayıdışın müəllifi!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Sədərək rayon Mədəniyyət Sarayında seçicilərlə  görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Sədərək rayon təşkilatının sədri Arif Qasımov, Naxçıvan MR Ali Məclisinin deputatı Vüsalə Əliyeva, təşviqat qrupunun üzvləri Sirac Qarayev, Həsən Rzayev və Tahir Kərimov çıxış ediblər. Çıxışlarda fevralın 7-də keçiriləcək prezident seçkilərinin zəruriliyindən, cənab İlham Əliyevin müasir Azərbaycanın inkişafı istiqamətində gördüyü işlərdən, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə torpaqlarımızın işğaldan azad olunmasından, antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunmasından və digər möhtəşəm nailiyyətlərdən bəhs olunub.

Natiqlər seçiciləri fevralın 7-də keçiriləcək prezident seçkilərində tarixə adını qızıl hərflərlə yazdıran qalib Liderə səs verməyə çağırıblar.

Seçicilər də çıxış edərək YAP-ın vahid namizədi cənab İlham Əliyevi dəstəklədiklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv