YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı seçiciləri cənab İlham Əliyevin namizədliyini dəstəkləyir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi Xocalı rayonundan olan seçicilərlə görüş keçirilib.

Görüşdə çıxış edən YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev və təşviqat qrupunun üzvləri Aqil Məmmədov bildiriblər ki, ötən 20 ildə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizdə hərtərəfli dinamik inkişafı təmin edərək qüdrətli Ordu formalaşdırdı və xalqımıza zəfər sevincini bəxş etdi.

Natiqlər həmişə olduğu kimi, xalqımız bu dəfə də düzgün seçim edərək, dövlətimizin təhlükəsizliyinin təminatçısı olan cənab İlham Əliyevə səs verəcəklərinə əmin olduqlarını deyiblər.

Görüşdə iştirak edən seçicilər ölkəmizin inkişafının davamlı olması naminə 7 fevral prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.