YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanı Zəfərlərə doğru aparan Lider!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Ağdam  Muğam Mərkəzində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Görüşdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, təşviqat qrupunun üzvləri Mətanət Misirxanova, Xalidə Həsənova, Natiq Cavadov, Səyyarə Məmmədova, Bəhram Qurbanov, Məhəmməd Hüseynov, Ramil Səlimov  və qazi Baxşeyiş Hətəmov çıxış ediblər.

Çıxışlar zamanı  Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində  Azərbaycanın bütün bölgələrinin yüksək səviyyədə inkişaf etdiyi  vurğulanıb. Həmçinin qeyd olunub ki, bu gün işğaldan azad olunmuş ərazilərimizdə aparılan tikinti, quruculuq işləri uğurla davam etdirilməkdədir və Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərimizin öz evlərinə qayıtması Prezident İlham Əliyevin dəmir iradəsinin və uzaqgörən siyasətinin məntiqi nəticəsidir.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək uğurlu gələcəyimizin təminatçısı cənab İlham Əliyevə səs  verəcəklərini bildiriblər. 

Görüş Yeni Azərbaycan Partiyası Himninin sədaları altında başa çatıb.