Xəbərlər
Zəfər yolunda...
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Qəbələ rayonunun Kiçik Pirəli və Çuxur Qəbələ kəndlərində seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov, təşviqat qrupunun üzvləri İlham Ədilov, Elsevər Mustafayev, Günel Allahverdiyeva və Elsevər Orucov çıxış ediblər.
Çıxışlarda qeyd edilib ki, ilk dəfə olaraq ölkəmizin bütün ərazisində keçiriləcək seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Bu reallıqlar dövlətimizin yeni hədəflərini gerçəkləşdirmək üçün etibarlı zəmin yaradır.
Natiqlər seçiciləri ölkəmizin parlaq gələcəyinin təminatçısı olan cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində rayonun Əmirvan kəndində də seçicilərlə görüş keçirilib.