YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Liderə inam və etibar tükənməzdir!

Qobustanda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Qobustanda qadın seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, YAP Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca, təşviqat qrupunun üzvü Atabəy Cahangirov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər  Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Ərazi bütövlüyümüz bərpa olunandan sonra Azərbaycan faktiki olaraq yeni tarixi mərhələyə qədəm qoydu. Yeni dövrdə bizi çox şərəfli işlər gözləyir və bunları sistemli şəkildə həyata keçirəcək Liderə ehtiyac da böyükdür. Xalq hələ 2003-cü ildə öz seçimini etdi, 2008, 2013 və 2018-ci illərdə də Liderinin məhz cənab İlham Əliyev olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu gün də xalqımızın seçimi dəyişməzdir. Çünki xalqımızın cənab İlham Əliyevə inam və etibarı tükənməzdir.

Seçicilər də fevralın 7-də müstəqil Azərbaycanın firavanlığı naminə qalib xalqın qalib Lideri İlham Əliyevə səs verəcəklərini deyiblər.

Tədbir Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, həmin gün təşviqat qrupunun üzvləri seçicilərlə fərdi görüşlər keçirib, səmimi söhbətlər aparıblar.