YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın namizədi xalqın namizədidir!

Ağcabədi rayonunun Xocavənd və Aşağı Avşar kəndlərində seçicilərlə görüş keçirib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Ağcabədi rayonunun Xocavənd və Aşağı Avşar kəndlərində seçicilərlə görüş keçirib.

Görüşlərdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov,  təşviqat qrupunun üzvləri Mehdi Əhmədov, Sevinc Quliyeva, İbadət Ağayev  və şəhid anası Həcər Hüseynova çıxış ediblər. Natiqlər seçiciləri qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə diqqətə çatdırıblar ki, 7 fevralda seçki məntəqələrinə gedərək səslərini xalqın namizədi İlham Əliyevə verəcəklər.