YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Davamlı inkişafa səs verək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Sumqayıt şəhərində seçicilərlə görüş keçirilib.

Görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Görüşdə YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, qazi Zahir Həsənov, təşviqat qrupunun üzvləri Elmar Xəlilov, Hümbət Quliyev, Nasir Rzayev, Vaqif Qəhrəmanov və Ramiz İsmayılov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, son 20 ilin uğurları, tarixə yazılan möhtəşəm qələbələr onu deməyə əsas verir ki, dövlət başçısı İlham Əliyev qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olmaq üçün istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə düşünülmüş və məqsədyönlü siyasət həyata keçirərək Azərbaycanın timsalında “Güclü dövlə” konsepsiyasını reallaşdırmağa nail olub. Təşviqat qrupunun üzvləri əminliklə bildiriblər ki, xalqımız budəfəki seçkilərdə də ölkə rəhbərinin yanında olacaq, qalib ölkənin qalib Liderinə səs verəcək.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.