Xəbərlər
Azərbaycanın tarixi Qələbəsini təmin edən Lider!
Suraxanıda seçicilərlə növbəti görüşlər keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Suraxanı rayonunun Qaraçuxur və Yeni Günəşli qəsəbələrində yaşayan seçicilərlə görüş keçirilib.
Görüşlərdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Yeni Azərbaycan Partiyası Mərkəz Seçki Qərargahının üzvü Bəhruz Quliyev, təşviqat qrupunun üzvləri Salman Əbdülov, Səadət Məmmədova, Xəyalə Veyisova, şəhid atası Əli Qasımov çıxış ediblər. Çıxış edənlər Prezident İlham Əliyevin siyasəti nəticəsində qazanılan uğurlardan bəhs edib və qazanılan Zəfərin tarixi əhəmiyyətini vurğulayıblar.
Natiqlər seçicilərə fevralın 7-də keçiriləcək seçkilərdə fəal iştirak etmək və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs vermək üçün çağırış ediblər.
Seçicilər isə fevralın 7-də qalib Lider, xalqımıza Zəfəri bəxş edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə səs verəcəklərini qeyd ediblər.
Qeyd edək ki, seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçicilərlə fərdi görüşlər də keçirilib.