Xəbərlər
Xoşbəxt gələcəyin təminatçısı
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Səbail rayonunda yaşayan sahibkarlar və iş adamları ilə görüş keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətini əks etdirin videoçarx təqdim olunub.
Görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, təşviqat qrupunun üzvləri Eldar Nuriyev, İradə Hüseynova, İmmiyə Zamanova, Hüseyn Hüseynov, Arzuman Muradlı, Həsən Bayramov, Əhliman Qarayev və İbrahim Bayramov çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpasının müstəqillik dövrünün tarixi nailiyyəti olduğu bildirilib. Son 20 il ərzində müxtəlif sahələrdə əldə olunan uğurlara görə cənab İlham Əliyevə minnətdarlıq ifadə edilib. Vurğulanıb ki, yeni hədəflərin uğurla reallaşdırılması üçün 7 fevral prezident seçkilərində də xalqın Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə növbəti dəfə etimad göstərəcəyi şübhəsizdir.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Qeyd edək ki, Səbail rayonu “Badamdar küçəsi 8” ünvanında və Badamdar qəsəbəsində yaşayan seçicilərlə də görüşlər keçirilib.