Xəbərlər
Zəfər, inkişaf, rifahın təminatçısı - İlham Əliyev
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Oğuz rayonunun Böyük Söyüdlü, Qarabulaq, Çaldaş kəndlərinin seçiciləri ilə görüş keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, təşviqat qrupunun üzvləri İlkin Lətifov, Ceyhun Kərimov, Ceyhun Məcidov, Hüseyn Mərdənov, Məhəmməd Yolçuyev, Şahlar Əliyev, Elçin Yusubov, Reyhan Yusubova, Səyyarə Məmmədəliyeva çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev apardığı məqsədyönlü siyasət ilə ölkənin sürətli və davamlı inkişafına nail olunub. Cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində dövlətimiz hərtərəfli inkişaf edir.
Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər isə xoşbəxt gələcəyimizin təminatçısı cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.
Görüş Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki, Oğuz şəhərinin “Dədə Qorqud küçəsi”ndə yaşayan seçicilərlə məhəlli də keçirilib.