Xəbərlər
Əmin-amanlıq naminə qalib Liderə səs verək!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Şamaxı rayonunun İkinci Çaylı, Həmyəli, Muğanlı, Qurdtəpə, Şəhriyar, Kələxana, Çarhan, Nüydü, Sabirli və Adnalı kənd seçiciləri ilə görüşlər keçirilib.
Görüşlərdə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, rayon təşkilatının sədr müavini Altay Məmmədov, təşviqat qrupunun üzvləri Ağarza Bayramov, Nəzakət Abdulrazaqova, Könül Eyvazova, Rauf Qədirov, Tünzalə Yusifova, Mayıl Alıcanov, Şasəddin Mikayılov, Ağarza Bayramov, Rauf Qədirov, Fuad Nəsirov, Əli Mahmudov, Hacıbaba Şıxıyev, şəhid anası Güllü Babaşova, qazi Elvin Məmmədli çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan iqtisadi gücü, potensialı gündən-günə artan, beynəlxalq aləmdə dünya dövlətləri ilə əməkdaşlıq əlaqələrini genişləndirən etibarlı tərəfdaş, dilindən, dinindən asılı olmayaraq bütün xalqların birgəyaşayışına mühüm töhfə verən sülhsevər, tolerant, multikulturalizmin ünvanı olan ölkə kimi tanınır.
Natiqlər kənd sakinlərini ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanın gələcək inkişafı naminə qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.