YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan yeni uğurlu təşəbbüslərlə çıxış edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Şərur rayonunun Həmzəli, Axura, Yuxarı Daşarx kəndindən olan seçicilər ilə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə Naxçıvan MR Ali Məclisinin deputatları Yeganə Məmmədova, Musa Vəliyev, Günel Vəliyeva, təşviqat qrupunun üzvləri Sabir Hacıyev, Əli Nəcəfov Saleh Məhərrəmov, Ələkbər Süleymanov, Bəhruz İbrahimov və Cahandur Məhərrəmov çıxış ediblər.

Natiqlər Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfəri müstəqil siyasətimizin ən böyük uğuru kimi dəyərləndiriblər. Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü siyasət, qazanılan uğurlar bu gün Azərbaycanın dünya birliyində yerini və rolunu möhkəmləndirir. Azərbaycan yeni və uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz sözünü deyən qüdrətli dövlətə çevrilib.

Təşviqat qrupunun üzvləri seçiciləri səsvermə günü fəal olmağa, Azərbaycanın parlaq gələcəyi naminə cənab İlham Əliyevi dəstəkləməyə çağırıblar.

Seçicilər isə natiqlərin fikirləri ilə həmrəy olduqlarını, fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.