YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daha böyük Zəfərlərə doğru!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Culfa rayonunda seçicilərlə fərdi görüş keçirilib.

Görüşdə YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimov, Naxçıvan MR Ali Məclisinin deputatı Fərəc Fərəcov, təşviqat qrupunun üzvləri Fikrət Quliyev, Səftər Həsənov, Zərnişan Məmmədzadə və Nurəddin Yaqubov çıxış ediblər.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mötəbər uğurlara imza atır. Azərbaycan ərazi bütövlüyünü tam bərpa edərək özünün güc mərkəzi rolunu bütün dünyaya sübut edib. Bundan sonra əsəs hədəflər regionumuzda sülhün təmin olunması, həmçinin Böyük Qayıdış proqramının yüksək səviyyədə həyata keçirilməsidir.

Natiqlər seçiciləri fəal olmağa və prezident seçkilərində Azərbaycanın parlaq gələcəyi naminə cənab İlham Əliyevi dəstəkləməyə çağırıblar.

Sonda seçicilər 7 fevral prezident seçkilərində fəal iştirak edərək cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.