Xəbərlər
“Birliyimiz daha da möhkəmlənəcək!”
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Hacıqabul rayonunun Navahı kəndində və Pirsaat qəsəbəsində seçicilərlə görüş keçirilib.
Görüşlərdə YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, təşviqat qrupunun üzvləri Sahib Aslanov, Zaur Qasımov və Sərvin Ağayev çıxış ediblər.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs olunub. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə və ötən ilin sentyabr ayında həyata keçirilən antiterror tədbirləri nəticəsində milli suverenliyimiz tam təmin olundu: “Əldə edilmiş bütün uğurların təməlində xalq-iqtidar birliyi dayanır və inanırıq ki, bu birlik daha da möhkəmlənəcək”.
Natiqlər seçiciləri qarşıdan gələn 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Qeyd edək ki, həmin gün təşviqat qrupunun üzvləri fərdi görüşlər də keçiriblər.