YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müzəffər Liderlə yeni qələbələrə imza atacağıq!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Zərdab rayonunun Şahhüseynli kəndində seçicilərlə görüş keçirilib.  

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan görüşdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, təşviqat qrupunun üzvləri Müşfiq Heybətov, Zemfira Eyvazova, Sevinc Məmmədova və Gülnaz Məmmədova çıxış ediblər.

Çıxışlarda  Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində ölkədə görülən misilsiz işlərdən, həyata keçirilən islahatlardan, bütün sahələrdə əldə olunmuş uğurlardan, o cümlədən ərazi bütövlüyümüzün, suverenliyimizin bərpasından bəhs edilib. Tarixi əhəmiyyət kəsb edən prezident seçkilərinin ərazi bütövlüyümüzün bərpasından sonra müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində təşkil ediləcəyi xüsusi vurğulanıb. 

Natiqlər seçiciləri Azərbaycanın bundan sonrakı dövrdə də yeni zirvələr fəth etməsi üçün cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.