Xəbərlər
Qələbələr yolu ilə!
Sabirabad rayonunda təşviqat kampaniyası davam edir
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Sabirabad rayonunun Muğangəncəli, Salmanlı, Çiçəkli Cəngan, Azadkənd, Çığırğan, Xankeçən və Poladtuğay kəndlərindən olan seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov, təşviqat qrupunun üzvləri Telman Mirzəyev, Fəzail Cəfərov, Telman Qurbanov, Natiq Qiyasov, Rəşad Qurbanov və Nicat Əliyev çıxış ediblər.
Çıxışlarda təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin inamla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının ölkəmizdə taleyüklü məsələlərin həllini mümkün etməsinə diqqət çəkilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması müasir tariximizin yeni dövrü hesab edilir.
Təşviqat qrupunun üzvləri yeni dövrdə yeni zəfərlər üçün seçiciləri qalib xalqın qalib Lideri olan cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Qeyd edək ki, Sabirabad şəhəri A.Məmmədov küçəsində yaşayan seçicilər ilə də fərdi görüşlər keçirilib.