Xəbərlər
“Qalib xalqın seçimi qalib Liderdir!”
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Nəsimi rayonunda Sabit Rəhman, Həsən Əliyev, Nəsib bəy Yusifbəyli, Mirəsədulla Mirqasımov küçələri və 2-ci mikrorayon seçicilərilə növbəti görüş keçirilib.
Görüşdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Görüşdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, YAP Təftiş komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, təşviqat qrupunun üzvləri Vaqif Abdullayev, Müşviq Zeynalov, Məhbubə Vəliyeva, İbrahim Kazımbəyli və Əvəz Ələkbərov çıxış ediblər. Natiqlər diqqəti Prezident İlham Əliyevin son 20 ildə gördüyü işlərə yönəldiblər və seçiciləri 7 fevral seçkilərində qalib Liderə səs verməyə çağırıblar.
Görüşdə çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək Azərbaycana uğurla rəhbərlik edən Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Qeyd edək ki, təşviqat qrupunun üzvləri “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq Mirəli Qaşqay, Dilarə Əliyeva və Süleyman Rüstəm küçələrində məhəllə görüşləri keçiriblər.